Kokos yağı kokos meyvəsinin lətli hissəsindən əldə edilir. Kakos yağını əldə etmək üçün onun qabığını soyub, lətli hissəsinin qurutduqdan sonra soyuq üsulla sıxırlar. Kokos yağının yüngül qoz yağı ətrinə bənzəyən qoxusu olur. Ondan kosmetik və müalicəvi məqsədlərlə istifadə edilir. Kakos yağının rafinə edilmiş və rafinə edilməməiş növlərinə satış məntəqələrində rast gəlmək mümkündür.Dünyada Tayland, Malaziya və Şri Lanka kokos yağı istehsalı ilə məşğul olur. mKokos yağının 83%-i doymamış yağ turşularından ibarətdir. Bu yağ turşularına laurin, kapron, kapril, olein, kaprin, palmit, miristin, stearin və s. aiddir. Adları çəkilən yağ turşularının heç biri orqanizm üçün zərərli deyil və onlar heyvani məhsullarda olan doymamış yağ turşularından fərqlənirlər.
Kokos yağının tərkibində fitonsidlər, xolin, K və E vitaminləri, minerallar, sink, kalsium, dəmir və s.var.
Müalicəvi və faydalı xüsusiyyətləri
Milli.Az immunitet.az-a istinadən bildirir ki, kokos yağının tərkibində olan laurin turşusu güclü komponent olub ən çox ana südünün tərkibində olur. Laurin uşağın immunitetini artırır. Səhərlər acqarına və yatmazdan əvvəl kokos yağı içmək oqanizmdə immuniteti artırır, həzm sisteminin işini normallaşdırır, insanda xoş əhval ruhiyə yaradır. Laurin turşusu orqanizmə antiseptik, mikrob əleyhinə və bakteriasid təsir göstərir. Kapril turşusu bağırsaqların bakteriya balansının normallaşmasına səbəb olur.
Kokos yağı ürək-damar fəaliyyətinini yaxşılaşdırır, trombozun, işemik xəstəliklərin, arterial təzyiqin, ateresklerozun əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan E vitamini arteriya divarlarının möhkəmlənməsinə və qanda yığılıb qalan piy cisimciklərinin əriməsinə səbəb olur.
Kokos yağıının tərkibində olan yağ turşuları həzm sistemindəki xəstəliklərin sağalmasına yardım edir, mədə-bağırsaq yaralarının, qastritin sağalmasına səbəb olur.
Kokos yağı maddələr mübadiləsinin sürətləndirməklə orqanizmin piylənməsinin qarşısını alır. Bu yağdan istifadə etmək qanda şəkərin miqdarının normal saxlanılmasına səbəb olur. Kokos yağından istifadə etmək beyin-qan dövranının yaxşılaşmasına səbəb olur. Daima bu yağla qidalanmaq isə Alsheymer xəstəliyinin baş verməsinin qarşısını alır.
Kokos yağı dəri xəstəliklərinin sağalmasını sürətləndirir və dermatit, ekzema, dermatitlər, psoriaz xəstəliklərinin sağalmasına səbəb olur. Osteoparoz xəstəliyi zamanı kokos yağından istifadə etməkdə fayda var.
Kosmetologiyada istifadəsi
Kokos yağından kosmetologiyada geniş istifadə edilir. O dəriyə yarasağaldıcı, qıcıqlanma əleyhinə, qaşınma əleyhinə, iltihab əleyhinə, qırışıqları aradan qaldırmaq məqsədilə isifadə edilir. Gözlərin ətrafına, dekolte bölgələrinə kokos yağlı sürtmək dərinin gözəl görünməsinə səbəb olur. Kokos yağının qatılaşması onun təbii olmasının göstəricisidir. Bu zaman onu su hamamında əritmək lazımdır. Kokos yağı dəriyə öz gözəl təsirini +25* tempraturda olduğu zaman göstərir. Kokos yağı saç, üz, boyun daxil olmaqla bütün bədən dərisi üçün ideal kosmetik vasitə sayılır. İstifadə edilən kremlərin və ya saç şampunlarının tərkibinə kokos yağı əlavə edərək onu istifadə etdikdə gözəl effekt verir. Saçları rənglərəykən rəngin içərisinə kokos yağı əlavə etdikdə saçlarda quruluq əmələ gəlmir. Kokos yağı ilə bədəni massaj etdikfə dərinin elastikliyi artır, orqanizm sakitləşir, tonuslanır. Kokos yağı kosmetologiya sahəsində aşağıdakı təsirləri göstərir.
* dərini tonuslandırır, elastikliyini və möhkəmliliyini artırır
* dəridən asanlıqla sorulur və parıltı əmələ gətirmir
* akne və sızanaqların əmələ gəlməsinin qarşısını alır
* dərinin müdafiə qüvvəsini artırır
* dərinin regenerasiyasını sürətləndirir
* piqment ləkələrinin və dəri qocalmasının qarşısını alır
* dəri qıcıqlanmalarının qarşısını alır
* daban hissədə qurumuş dərinin yumşalmasına səbəb olur
* dərini ultrabənövşəyi şüalardan qoruyur
Kokos yağını saçlara sürtdükdə saçların uzanması sürətlənir, saçqıranlar aradan qalxır. Kokos yağından müxtəlif şampunların, sabunların, duş gellərinin, balzamların və s. hazırlanmasına istifadə edilir.
Milli.Az
Kokos yağının faydaları
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu bürclərin həyatında yeni səhifə açılır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Arifə Məmmədovadan Zəfər Gününə həsr edilmiş VİDEO
Bu gün
·
17:23
400 min dollar küçələrə səpələndi
Bu gün
·
17:18
General rütbəsi alan Hüseynov kimdir? - DOSYE
Bu gün
·
16:20
Abbasəli Həsənova ağır itki - FOTO
Bu gün
·
16:11
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bu gün
·
16:05
Ağdaşda Heyva Festivalına start verildi - FOTO
Bu gün
·
15:27
Sane "Qalatasaray"dan gedir: Yeni klubu bəlli oldu
Bu gün
·
15:19
Şamaxı yolunda ağır qəza - Ölən var
Bu gün
·
14:55
İlham Əliyev Ağdam Zeytun müəssisəsində - FOTO
Bu gün
·
14:26
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Bu gün
·
14:17
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Bu gün
·
13:59
Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI
Bu gün
·
13:34
Prezident metal məmulatları zavodunun açılışında iştirak etdi
Bu gün
·
13:05
Yaqub Eyyubov vəzifəsindən gedir?
Bu gün
·
12:59
Bakı metrosunun iş rejimi dəyişəcək
Bu gün
·
12:56