Qaynana gəlinə QİÇS

İstanbulda yaşayan Öztürk Ç.Qiçs səbəbi ilə 10 il davam edən mübarizədən sonra 35 yaşında həyatını itirib.

Metbuat.az xəbər verir ki, Öztürk Ç.-nin anası prokukorluğa müraciət edərək xəstəliyin oğluna dini nigahlı həyat yoldaşından bulaşdığını iddia edib.

Anadolu Cumhuriyyət Baş prokukorluğunda 30 yaşlı Ayşe K.-nın ifadəsi alınıb. Gənc qadın 2003-cü ildə rəsmi evliliyi olmadan birlikdə yaşadıqlarını və 2 il çəkən bu evlilikdən bir qız uşaqları olduğunu da deyib. Öztürk Ç.-nin Qiçs daşıyıcısı olduğunu çox sonra öyrəndiyini bildirən Ayşe K. “onun Qiçsli olduğunu öyrəndikdə mən də xəstəxanaya müraciət etdim. Virusu daşıdığımı müyinədən sonra öyrəndim. Hal-hazırda birlikdə olduğum sevgilimə də Qiçs testi etdik. Amma onda bu virus müəyyən edilmədi. Elə bir şey olsaydı qızımda da bu xəstəlik olardı” deyib.

Prokukorluğun rəyiini soruşduğu tibb qurumunun sənədində Öztürl Ç-də bu virusun ilk dəfə 2006-ci ildə müəyyən edildiyi, virusun Ayşe K.-dən bulaşdığının qəbul edildiyi bildirilib. Ayşe K.-nın özündə olan bu virusu Öztürk Ç-dən gizlətdiyini bildirən prokukorluq qadın haqqında “etinasız davranışla qəsdən adam öldürmə” cinayətindən 5 ildən 20 ilə qədər həbs tələb edib.

https://metbuat.az/news/968421/qorxunc-hadise-hami...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR