Vüsalənin verilişinin yeni aparıcısı: "Haraya gedirəmsə, qalmaqal var"

Vüsalənin verilişinin yeni aparıcısı: "Haraya gedirəmsə, qalmaqal var"
13:22 12 Yanvar 2015
280 Şou
Ölkə mətbuatı
A- A+

"Günaydın" verilişinin yeni aparıcısı, əməkdar artist Mehriban Xanlarova publika.az-a danışıb. Aktrisa bildirib ki, bu gün onun aparıcılığı ilə verilişin yeni buraxılışı çəkiləcək:

"Təklif rəhbərlikdən gəldi, mən də qəbul etdim. İlk çəkilişimiz bu gün olacaq. Mövzu belədir ki, qadınlar tez məşhurlaşırlar, yoxsa kişilər? İnanıram ki, maraqlı söhbət alınacaq".
 
Əməkdaşımızın “Bu veriliş son zamanlar yetərincə qalmaqallı idi. Bundan narahat deyilsiniz ki?” sualına aktrisa belə cavab verib:
 
"Mən yazıq haraya gedirəmsə, qalmaqal var. Amma nə qədər olmasa, məsuliyyət daşıyıram. Obrazımı oynayanda da məsuliyyət daşıyıram, digər işlərdə də. Yəqin ki, inamları doğruldacam".
 
Mehriban Xanlarova bildirib ki, hələlik rəhbərliklə maliyyə məsələləri barədə danışmayıb:
 
"Pul məsələsini, hələ ki danışmamışıq. Əsas odur ki, işə yaxşı başlayım.  Maddiyyat hər zaman danışıla bilər".
 
Qeyd edək ki, verilişin keçmiş aparıcısı Vüsalə Kərimova dünən “Günaydın”dan getdiyini açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR