Mozambikdə timsah ödü qatılmış pivədən kütləvi zəhərlənmə: 56 ölü

Mozambikdə timsah ödü qatılmış pivədən kütləvi zəhərlənmə: 56 ölü
13:23 12 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Mozambik polisi bazar günü baş vermiş faciəli insidenti araşdırır. Belə ki, dəfn mərasimlərindən birində adamlara paylanan ənənəvi yerli pivədən zəhərlənəmə nəticəsində 50-dən artıq insan ölüb, xeyli sayda adam xəsarət alıb.

İlkin məlumatlara görə, zəhərlənməyə səbəb içkiyə əlavə edilən timsah ödü olub. Bu barədə Trend BBC-nin Rus xidmətinə əsasən xəbər verir. Hüquq-mühafizə orqanları pivənin bilərəkdən zəhərləndiyini zənn edirlər.

Məlumata görə, hadisə Tete vilayətinin Çitima və Sonqo şəhərində baş verib. Assoşieyted Press xəbər verir ki, hadisə nəticəsində 56 nəfər ölüb, 49 nəfər zəhərlənib.

Bu şəxslərin hamısı dəfn mərasiminin iştirakçısı olublar. Mərasimdə ölkədə buğda və ya qarğıdalıdan hazırlanan ənənəvi pombe pivəsi paylanıb.

Polis dəfn mərasimi iştirakçılarının qəbiristanlığa getdikləri vaxt zəhərləndiyini güman edir. Pivəni bişirən qadın da qurbanlar arasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR