“Biz çıxış edəndə hər şeylə bağlı qanunun qəbul olunmasını istəyirik. Hər kəs telefon istifadə edir. Sanki telefonla bağlı qanun qəbul olunmalıdır. Və yaxud çantalarla bağlı. Böyük təşkilatlar, nazirliklər var və bu, onların işidir”.
Publika.az xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentdə çıxışı zamanı deyib.
O xatırladıb ki, hər şey haqqında qanunun qəbulu mümkün deyil: “Biz əsasən çərçivə qanunlarını işləyirik. Hər şey haqqında qanun qəbul etmək doğru yanaşma deyil”.
Deputat Şəmsəddin Hacıyev bildirib ki, icra strukturlarında daxili nizam-intizam qaydaları var və ortaya çıxan problemlər onunla tənzimlənməlidir.
İsa Həbibbəyli isə söyləyib ki, “Təhsil haqqında” qanunun belə aktiv müzakirə edilməsi təbiidir.
Gülxar