Rusiyanın ev sahibliyi etdiyi 21-ci Dünya Çempionatının matçları ölkənin 11 fərqli şəhərində, 12 stadionda keçiriləcək.
Milli.Az xəbər verir ki, açılış və final matçlarına ev sahibliyini 80 min nəfər azarkeş tutumu olan "Lujniki" stadionu edəcək. Stadion paytaxt Moskvada yerləşir.
"Lujniki" turnir boyunca 7 oyuna ev sahibliyi edəcək. Bu stadion "Sankt-Peterburq" stadionu ilə birlikdə ən çox qarşılaşmaya ev sahibliyi edən məkan olacaq.
"Lujniki"də baş tutacaq qarşılaşmalar:
14 iyun: 18.00 Rusiya-Səudiyyə Ərəbistanı
17 iyun: 18.00 Almaniya-Meksika
20 iyun: 15.00 Portuqaliya-Mərakeş
26 iyun: 17.00 Danimarka-Fransa
1 iyul: 17.00 Son 16 turu
11 iyul: 21.00 Yarımfinal
15 iyul: 18.00 Final
"Yekaterinburq Arena"
Yekaterinburq şəhəri Rusiyadakı Dünya Çempionatına ev sahibliyi edən şəhərlər arasında ən şərqdə yerləşir. 35 min nəfər tutumu olan stadion fərqli tribuna quruluşu ilə diqqət çəkir. Burada turnir boyunca 4 qarşılaşma oynanacaq.
15 iyun: 15.00 Misir-Uruqvay
21 iyun: 18.00 Fransa-Peru
24 iyun: 18.00 Yaponiya-Seneqal
27 iyun: 17.00 Meksika-İsveç
"Fişt" stadionu
Rusiyanın cənubundakı Soçi şəhərində yerləşən "Fişt" 6 qarşılaşmaya ev sahibliyi edəcək. 47 min nəfərlik tutumu olan stadiondakı matçlar:
15 iyun: 21.00 Portuqaliya-İspaniya
18 iyun: 18.00 Belçika-Panama
23 iyun: 21.00 Almaniya-İsveç
26 iyun: 17.00 Avstraliya-Peru
30 iyun: 21.00 Son 16 turu
7 iyul: 21.00 ¼ final
"Kalininqrad" Stadionu
Rusiya ilə qurudan əlaqəsi olmayan Kalininqrad şəhəri Litva, Polşa və Baltik dənizi ilə həmsərhəddir. 35 min nəfərlik stadionda 4 qrupmatşı keçiriləcək.
16 iyun: 22.00 Xorvatiya-Nigerya
22 iyun: 21.00 Serbiya-İsveçrə
25 iyun: 21.00 İspaniya-Mərakeş
28 iyun: 21.00 İngiltərə-Belçika
"Kazan" Arena
Rusiya komandası "Rubin"in yuvası olan "Kazan" Arena 45 min nəfər tutuma malikdir.
Burada 4 qrup qarşılaşması ilə yanaşı, son 16-lar turu və 1 ¼ final matçı olacaq.
16 iyun: 13.00 Fransa-Avstraliya
20 iyun: 21.00 İran-İspaniya
24 iyun: 21.00 Polşa-Kolumbiya
27 iyun: 17.00 Cənubi Koreya-Almaniya
30 iyun: 17.00 Son 16 turu
6 iyul: 21.00 ¼ final
"Mordoviya" Arena
44 min nəfər azarkeşi qəbul edə bilən "Mordoviya"da bu oyunlar keçiriləcək.
16 iyun: 19.00 Peru-Danimarka
19 iyun: 15.00 Kolumbiya-Yaponiya
25 iyun: 21.00 İran-Portuqaliya
28 iyun: 21.00 Panama-Tunis
"Nijnıy Novqorod" stadionu
"Nijnıy Novqorod" bu matçlara ev sahibliyi edəcək.
18 iyun: 15.00 İsveç-Cənubi Koreya
21 iyun: 21.00 Argentina-Xorvatiya
24 iyun: 15.00 İngiltərə-Panama
27 iyun: 21.00 İsveçrə-Kosta Rika
1 iyul: 21.00 Son 16 turu
6 iyul: 17.00 1/4 final
"Rostov" Arena
45 min nəfərlik "Rostov" arenadakı matçlar isə bunlardır:
17 iyun: 21.00 Braziliya-İsveçrə
20 iyun: 18.00 Uruqvay-Səudiyyə Ərəbistanı
23 iyun: 18.00 Cənubi Koreya-Meksika
26 iyun: 21.00 İslandiya-Xorvatiya
2 iyul: 21.00 Son 16 turu
"Samara" Arena
45 "Samara" Arenada oynanacaq matçlar:
17 iyun: 15.00 Kosta Rika-Serbiya
21 iyun: 15.00 Danimarka-Avstraliya
25 iyun: 17.00 Uruqvay-Rusiya
28 iyun: 17.00 Seneqal-Kolumbiya
2 iyul: 17.00 Son 16 turu
7 iyul: 17.00 1/4 final
"Spartak" Arena
Moskvanın ikinci stadionu olan "Spartak" 42 min azarkeş tutumuna malikdir. Bu stadion 5 matça ev sahibliyi edəcək.
16 iyun: 16.00 Argentina-İslandiya
19 iyun: 18.00 Polşa-Seneqal
23 iyun: 15.00 Belçika-Tunis
27 iyun: 21.00 Serbiya-Braziliya
3 iyul: 21.00 Son 16 turu
"Sankt Peterburq" stadionu
2017-ci ildə açılışı edilən "Sankt Peterburq" stadionu 67 azarkeş tutumuna sahibdir.
Bu stadion 76 matça ev sahibliyi edəcək:
15 iyun: 18.00 Mərakeş-İran
19 iyun: 21.00 Rusiya-Misir
22 iyun: 15.00 Braziliya-Kosta Rika
26 iyun: 21.00 Nigeriya-Argentina
3 iyul: 17.00 Son 16 turu
10 iyul: 21.00 Yarımfinal
14 iyul: 17.00 Üçüncülük uğrunda matç
"Volqoqrad" Arena
Rusiyanın cənubunda yerləşən "Volqoqrad" Arena 4 matça ev sahibliyi edəcək. Arena 44 min nəfər qonaq qəbul edə bilir.
18 iyun: 21.00 Tunis-İngiltərə
22 iyun: 18.00 Nigeriya-İslandiya
25 iyun: 17.00 Səudiyyə Ərəbistanı-Misir
28 iyun: 17.00 Yaponiya-Polşa. (publika.az)
Milli.Az