ABŞ səfiri Kallista Qinqriç cümə axşamı Xristafor Kolumbun XV əsrin sonlarında yazdığı məktubunun ilk nüsxələrindən birini Vatikan kitabxanasına təhvil verib.
Milli.Az report.az-a istinadən bildirir ki, sözügedən nümunə Vatikanın apostol kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu.
"Associated Press"in məlumatına görə, bu, son illər ərzində geri qaytarılan üçüncü belə məktubdur.
Bu, Kolumbun 1493-cu ilin aprelində İspaniya monarxları Ferdinand və İzabelleyə ispan dilində yazdığı orjinal məktubun üzü köçürülmüş onlarla nüsxəsindən biridir.
Milli.Az