Şimali Koreyanın dövlət radiosunda yayımlanan verilişdə bəyan edilib ki, oğurlanmış yaponiyalı vətəndaşlarla bağlı məsələsi həllini tapıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pxenyan radiosu məlumat yayıb.
Verilişdə Pxenyanın oğurlanan yaponlar barədə əvvəllər də mövcud olan mövqeyi bir daha təsdiqini tapıb. Vurğulanır ki, Şimali Koreyanın qənaətinə görə, Yaponiya artıq həll edilmiş məsələni təkrar qaldırmaqla müəyyən üstünlük qazanmaq istəyir.
Tokionun ünvanına yönələn tənqiddə bildirilir ki, Yaponiya tərəfi Koreya yarımadasında sülhün bərqərar edilməsinə yönələn və beynəlxalq ictimaiyyətin də alqışladığı meyillərə kölgə salmağa çalışır.
Milli.Az