"Neftçi” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov daha 2 il "ağ-qara" formanı geyinəcək.

26 yaşlı oyunçu "ağ-qaralar"a ötən mövsümün əvvəllərində cəlb olunub. O, 27 oyunda 2 qola imza atıb.

"Neftçi" daha əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqaviləni yeniləyib.