Qaradağda 4 otaqlı ev yanıb

Bakının Qaradağ rayonunda yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 kv.m və dam örtüyü 170 kv.m (ümumi 240 kv.m) sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR