Bakıda ev yanıb

Bakının Qaradağ rayonunda ev yanıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 300 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 m² və dam örtüyü 170 m² (ümumi 240 m²) sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR