Tunis millisinin baş məşqçisi Nabil Maalul DÇ-2018-in G qrupunda İngiltərəyə uduzduqları (1:2) oyun haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, rəqibin daha üstün olduğunu etiraf edib:

"Ötən mətbuat konfransında demisdim ki, bizi ağır oyun gözləyir. Belə də oldu. İngiltərə yaxşı oynadı. Biz isə demək olar ki, 90 dəqiqə müdafiə olunduq. Rəqibin sürətli oyunçuları var. Xüsusən də Harri Keyn və Rahim Sterlinq

Tunis yığmasında ulduz futbolçu yoxdur. Bütün oyunçular mənim üçün eynidir. Hər bir görüşdə ən yaxşı oyunumuz göstərməyə çalışırıq".

Milli.Az