"Oyun 1:1 hesabı ilə başa çatsa da, nəticəyə sevinərdim. Əvvəllər də bildirmişəm ki, əsas özünü meydanda göstərməkdir".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in G qrupunda Tunisə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfrasnında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Hesab bərabərləşəndə komandamızda ümidsizlik yarandı. Ancaq düşünürəm ki, bir çox qol imkanı yaratdıq və gözəl oyun nümayiş etdirdik. Bəli, bizdə soyuqqanlılıq çatışmırdı. Bununla belə, oyun ənənəmizi qoruyub saxlaya bildik. Hücumda əla işlədik. Ev tapşırıqlarında komandam yaxşı təsir bağışladı".
Milli.Az