Xaçmazda ev yanıb

Xaçmazın Qusarçay kəndində yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, bir otağının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR