"Real Madrid" "Beşiktaş"ın keçmiş ulduzu ilə müqzvilə imzaladı

"Real Madrid" "Beşiktaş"ın keçmiş ulduzu ilə müqzvilə imzaladı
18:28 19 İyun 2018
112 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya nəhəngi “Real Madrid” keçmiş futbolçu Qutini məşqçi heyətinə qatıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

Xəbərə görə, Quti futbolçu kimi çıxış etdiyi “Beşiktaş”da baş məşqçi Şenol Güneşin köməkçisi olmaq üçün klubla görüşsə də, tərəflər arasında razılıq əldə olunmayıb. “Kral Klubu” da fürsətdən istifadə edərək Quti ilə 2 illik müqaviləyə imza atıb.

Yeni müqaviləyə əsasən bütün alt qrupların baş məşqçilərinin nəzarəti Qutiyə tapşırılıb.

Qeyd edək ki, hazırda 41 yaşı olan Quti professional futbolçu karyerası ərzində yalnız "Real"da və "Beşiktaş"da forma geyinib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR