Cənubi Afrikanın Benoni şəhərində bir toyda hər kəs nigah gözləyərkən gəlinlik geymiş başqa bir qadının salona girməsi hər kəsi təəcübləndirib.

Metbuat.az xəbər verir ki, bəyin yanına doğru gedən qadının bəyin köhnə sevgilisi olduğu qısa müddətdə məlum olub.

Bütün dünya bənzəri görülməmiş bu toydan danışır. Toy videosunda bəzi qonaqların qışqırdığı, bəzilərinin isə alqışladığı diqqəti çəkib.

Cənubi Afrikanın cənub-şərqində yerləşən Benoni şəhəri Oskarlı ulduz aktyor Charlize Theronun doğulduğu yer olaraq tanınır.


https://metbuat.az/news/973450/metin-hara.html