Türkiyə Samsunda keçən il 26 may tarixində 56 günlük qızına zəhər içirdərək öldürən ana daha sonra intihara cəhd etmişdi.
Metbuat.az xəbər verir ki, evli və 2 uşaq anası 30 yaşlı D. Ö adlı qadın psixoloji problemləri olduğu üçün dərman ataraq intihara cəhd edib. Özü öldükdə 56 günlük körpəsinə heç kimin baxmayacağını düşünərək içdiyi dərmanı uşağın yeməyinə qataraq yedirib. Özəl xəstəxaya aparılan körpə təcili yardımda həyatını itirib. D. Ö haqqında “yaxın qohumu öldürmək” cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə cinayət işi açılıb.
Müalicə edildikdən sonra saxlanılan ana 1 il sonra müayinə nəticələrinə görə əqli sağlamlığı yerində olmadığı səbəbilə sərbəst buraxılıb.
Məhkəmənin qərarından sonra sərbəst buraxılan D. Ö-nün həbssiz mühakimə olunacağı və müalicəsinin davam etdiriləcəyi bildirib.