Rusiyada keçirilən dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, qrup mərhələsində bu gün daha 3 oyun baş tutacaq.
Günün açılış matçı G qrupu çərçivəsində olacaq. İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkəcək. Avropalılar daha bir qalibiyyətlə 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Ancaq tunislilər İngiltərə ilə matçda “asan yem” olmadıqlarını göstəriblər.
Ardından F qrupundakı komandalar meydana çıxacaq. Əvvəlcə Meksika ilə Cənubi Koreya üz-üzə gələcək. İlk turda Almaniyanı məğlub edən meksikalılar bu görüşün də favoritidi.
Günün son qarşılaşmasında isə Almaniya İsveç önünə çıxacaq. Daha bir məğlubiyyət son dünya çempionunun qrupda qalmasını rəsmiləşdirəcək.
DÇ-2018. 2-ci tur
23 iyun
G qrupu
16:00. Belçika – Tunis
Baş hakim: Jair Marrufo (ABŞ)
Moskva. “Spartak” stadionu
|
1. |
Belçika |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
2. |
İngiltərə |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
3. |
Tunis |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
|
4. |
Panama |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
F qrupu
19:00. Cənubi Koreya – Meksika
Baş hakim: Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”
22:00. Almaniya – İsveç
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu
|
1. |
İsveç |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
2. |
Meksika |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3. |
Almaniya |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
4. |
Cənubi Koreya |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |