Vaxtı ilə rus mafiyasının xaç atası Ded Xasan tərəfindən Belarusa “smotrayuşi” təyin edilmiş Aleksandr Kuşnerov (Saşa Kuşner) Lotu Qulinin klanına sədaqətini bildirib.

İstanbulda Quliylə görüşən Saşa Kuşner hazırda Belarus əsilli 5 qanuni oğrunun da onu dəstəkləyəcəyini bəyan edib.

Məlumata görə, İstanbulda Kuşner tək olmayıb. Onu başqa bir Saşa Belarus ləqəbli qanui oğru da müşaiyət edib.

Xatırladaq ki, belaruslu qanuni oğruların heç biri ölkəsinə gələ bilmirlər. Onların hamısı Avropada yaşayır. // Musavat.com

belvor.JPG (448 KB)