Romelu Lukaku dünya futbolunun tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,DÇ-2018-in G qrupunun 2-ci turu çərçivəsində keçirilən Belçika - Tunis oyununda dubl edən hücumçu rekordu təkrarlayıb.

Belə ki, komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verən forvard bununla da mundiallar tarixində iki oyun ardıcıl dubla imza atan ikinci oyunçu olub.

Sonuncu dəfə belə uğru 32 bundan öncə Dieqo Maradona qazanmışdı. Meksikada keçirilmiş DÇ-1986-da ardıcıl iki matçda rəqibləri iki dəfə məyus edən argentinalı o vaxt mütləq rekorda imza atmışdı.

Qeyd edək ki, Lukaku qrup mərhələsinin birinci turunda oynanılmış Panama matçında da 2 dəfə qol sevinci yaşamışdı.

Milli.Az