DÇ-2018-in qrup mərhələsi davam edir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün G qrupunda 2-ci tura start verilib.
Tur çərçivəsində keçirilən Belçika - Tunis matçı 5:2 hesabı ilə avropalıların xeyrinə başa çatıb.
Matçın ən yaxşı oyunçusu isə Eden Azar seçilib. Belçika millisinin yarımmüdafiəçisi FİFA-nın saytında keçirilən sorğuda ən çox azarkeşin etimadını qazanıb.
Qeyd edək ki, komandanın kapitanı 5:2 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
Milli.Az