İtaliyanın Toskana bölgəsinin mərkəzi şəhəri Florensiyada ənənəvi "Calcio Florentino" yarışı keçirilib.

Milli.Az European-a istinadən bildirir ki, hər il şəhərin 4 məhəlləsinin adlarını daşıyan "Santa Kroçe", "Santa Mariya Novella", "Santo Spirito" və "San Covanni" komandaları mükafat uğrunda mübarizə aparıblar.

Əsası 14-cü əsrdə qoyulmuş "Calci Florentino" futbol, boks, güləş və reqbinin qarışığı olan oyundur.

Yarışın final qarşılaşması Santa Kroçe meydanında olub.

Hər birinin heyətində 27 oyunçu olan iki komanda arasındakı final çox sərt mübarizə şəraitində keçib.

Matç qaydalara görə, fasiləsiz olaraq 50 dəqiqə davam edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən sərt "futbol"u oynandı - Təpik, yumruq, şillə - VİDEO - FOTO Dünyanın ən sərt