Türk model Neymar ilə

Avstriyada doğulmuş türk əsilli model Elif Aksu dünyaca məşhur futbulçu Neymar ilə reklam filmində görüşüb.

Metbuat.az xəbər verir ki, Türkiyə Elif Aksunu keçən il İbizada tətil edərkən baş verən bir qəza ilə tanımışdı. Narkotik maddə istifadə etdikdən sonra sevgilisinin avtomobili ilə qəza etmişdi. Model həm narkotik maddə istifadəsi, həm də vəsiqəsiz avtomobil istifadə etməkdən həbs olunmuşdu. Sevgilisi isə Elifin məhkəməyə çıxarılmasını gözləmədən təyyarəsi ilə Londona qaçmışdı.

Filmlərə bənzəyən bu hadisə İspaniya, İngiltərə mətbuatı ilə yanaşı Türkiyə gündəmində geniş yer alıb. Hadisənin Türkiyədə yayılması ilə Elif Aksunun “İnstagram”da izləyici sayı 4 qat artıb.

Elif Aksu son olaraq dünyanın ən məşhur futbolçularından biri olan Neymar ilə eyni reklamda yer alıb. Cütlük smartfon telefon markasını tanıtmaq üçün kamera qarşına keçib.

Reklamda Neymarın Elif Aksunun arxasıyca qaçdığı görülür. Reklam yayımlandıqdan sonra sosial şəbəkədə də “Neymarı arxasıyca qaçırdan türk qızı” kimi şərhlər yazılıb.




https://metbuat.az/news/977748/meshur-mugenninin-y...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR