Rusiyanın Nadhodka şəhərində yaşayan bir nəfər evinin ətrafında bəzi səslər eşitdikdən sonra iki pişiyin qır vedrəsinə atıldığını görüb.

Metbuat.az xəbər verir ki, adam vedrənin tərs çevrildiyini görərək polisə zəng edib. Hadisə yerinə gələn polislər və xəbəri eşidən heyvansevərlər xilasetmə işlərinə başlayıb.

Pişiklər vedrə ilə birlikdə baytar klinikasına aparılıb. Pişiklərdən biri bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Rusiyada görüntülərin sosial şəbəkədə yayılmasından sonra əhali böyük reaksiya verib.

Xilas olunan pişiyə “Kutsika” adı verilib və müalicə altına alınıb. Bir hissəsi iflic olan pişiyin müalicədən sonra heyvanat bağçasına götürələcəyi bildirilib. Rus polisi araşdırmalar nəticəsində hadisənin bilərəkdən edildiyini və günahkarların tutulacağını bildirib.

Rusiyada pişikləri qır vedrəsinin

Rusiyada pişikləri qır vedrəsinin

https://metbuat.az/news/977731/meshur-aktrisadan.h...