İstanbulda 6 il əvvəl evlənən 35 yaşlı T. Ç və 47 yaşlı S. Ç arasında evləndikləri gündən etibarən uyğunsuzluq yaşanıb.

Metbuat.az xəbər verir ki, S. Ç daimi olaraq həyat yoldaşına psixoloji və mənəvi şiddət tətbiq edib. Həyat yoldaşının elektrik və su borclarına görə daima mübahisə etməsinə görə ev işləri ilə məşğul ola bilməyib.

S. Ç “Sən necə qadınsan? Yanımda anama oxşayırsan. Ayaqların da əyridir.” deyərərək T. Ç-ni hər yerdə təhqir edib. “Günah olmasa sənin əlini, ayağını və başını kəsər, hərəsini bir tərəfə atardım” deyərək qadını dəfələrlə hədələyib.

Təhqirlərə dözə bilməyən qadın həyat yoldaşından boşanmağa qərar verib. Məhkəmədə vəkil 40 min manat maddi- mənəvi təzminat tələb edib.

http://matbuat.az/news/977764/turk-model-neymar-il...