Tunisli İmamlar Birliyi ölkənin baş müftisinə çağırış edərək Həcc ziyarətlərinə qarşı açıqlama etməsini istəyib.

Milli.Az faktxeber.com-a istinadla bildirir ki, onlar Səudiyyə Ərəbistanının Həcc məramsimlərindən əldə etdikləri külli miqdarda gəlirlə Riyadın öz müharibələrini maliyyələşdirdiklərini bildiriblər.

Birliyin Baş katibi Fadıl Aşur "bu pulu Tunis xalqının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə etməyimiz daha yaxşı olar", - deyib. Onun sözlərinə görə hazırda bu pullar Suriya və Yəmənə qarşı müharibədə xərclənir.

Milli.Az