Dominikan respublikasında çəkilən “Survivor” yarışmasında operator olaraq fəaliyyət göstərən Alper Baycının qəsbçilər tərəfindən öldürülməsi ilə bağlı qardaşı Muammer Baycın açıqlama verib.

Metbuat.az-ın verdiyi məlumata görə, Muammer Baycın “Alper işdən otelə dönərkən telefonla danışırmış. Həmən vaxt tək başına imiş. İki nəfərin hücumuna məruz qalı. Qardaşım çantasını və telefonunu vermək istəməyib. Müqavimət göstərdikdə isə bıçaqlayıb, öldürüblər” deyib.

Baycın “ Qardaşım 6 aydır ki, Dominikanda idi. Kamera arxasında işləyirdi. Həyat dolu, çox əzmli biri idi. Alperin cənazəsi bir həftəyə Türkiyəyə gətiriləcək. Dayım cənazə işləri üçün Dominikana gedib” deyə bildirib.

https://metbuat.az/news/979215/meshur-aparici-anor...