Türkiyə Trabzonda Niyazi O. adlı adam özündən yaşca böyük adamla evlənməsinə icazə vermədiyi 18 yaşlı qızı İlknur O.-ya silah ilə atəş açaraq başından yaralayıb.

Ağır yaralanan gənc qız xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, hadisənin xəbər verilməsi ilə hadisə yerinə səhiyyə işçiləri gəlib. Akçaabat Dövlət Xəstəxanasında ilkin müdaxilə edildikdən sonra İlknur O. Trabzon Təhsil və Tədqiqat Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra Niyazi O. polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

https://metbuat.az/news/979957/dehset-baci-qardas-...