Hindistanda yaşayan gənc qadın bədənində birdən-birə kəskin maddələrin yarandığını iddia edir.
Metbuat.az xəbər verir ki, 35 yaşlı Anusiya Devi Hindistanın şimalında yerləşən Uttar Pradeş adlı əyalətdə yaşayır. İddialara görə, 2012-ci ildən bu yana ayaqlarında nə olduğuna məna verə bilmədiyi kəskin maddələr əmələ gəlməyə başlayıb. Son beş ildir davam edən şiddətli ağrılar üzündən artıq yerimədə, oturmada və ayaqda durmada çətinlik çəkməyə başlayıb.
Həkimlər Anusiyanın bu maddələri ayağına özünün saldığına inanırlar. Amma gənc qadın özünə heç bir zərər vermədiyini bildirib. Anusiya ayaqlarında kiçik qabarcıqların yarandığını və ayağından iynələr çıxmağa başladığını iddia edir. O, bölgədə yerləşən bir çox həkimə müraciət etsə də, həkimlər ona kömək edə bilməyib.
Ən sonda getdiyi xəstəxanada həkimlər rentgen nəticələrini gördükdə şok keçirib. Həkimlər lazımi araşdırmaları etdikdən sonra qadının ayaqlarında 70 kəskin maddə tapılıb. Bunların arasında iynələr və mismarlar da tapılıb.
Həkimlər tibbi olaraq bu maddələrin insan bədənində yaranmasının mümkün olmadığını bildirib.


