Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir
qisminin azad olunması ilə ilə nəticələnən uğurlu əməliyyatı və 26
iyunda hərbi paradda Ordumuzun qüdrətinin nümayiş olunmasından
sonra İrəvanda ciddi narahatlıq yaranıb.
Publika.az xəbər verir ki, erməni ekspertlər müharibənin
yenidən başlayacağı və Azərbaycanın ciddi zərbələr endirəcəyi haqda
danışırlar. Bu fikirlər Ermənistan ictimaiyyətində qorxulara səbəb
olub.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ictimaiyyəti
sakitləşdirməyə yönəlik hərbi ritorika ilə çıxış edib.
Ermənistanın hərbi hava qüvvələri gününə həsr olunmuş mərasimdə
çıxışı zamanı Paşinyan iddia edib ki, onlar havada və quruda
müdafiəyə hazırdırlar.
“Biz havada və quruda ciddi müdafiəyə hazırıq”, - deyə o
bildirib.
Asif