"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Rumıniyanın "Petrolul" klubunu çalışdıracaq.
53 yaşlı mütəxəssisin təqdimatı bu gün keçiriləcək. Yanvarın 15-də təlim-məşq toplanışını üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Petrolul" ilk yoxlama matçında Azərbaycan təmsilçisi "Neftçi" ilə qarşılaşacaq. Oyun yanvarın 23-də keçiriləcək.
Qeyd edək ki, Rednik 2012-ci ilin iyunundan oktyabrınadək "Petrolul"u çalışdırıb. O, 2010-2011-ci illərdə "Xəzər Lənkəran"a başçılıq edib.
Fanat.az