Neftçi" futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini artırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2018/219 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən Krivotsyk 2019/220 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. U-21 milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 30 oyunda meydana çıxıb. Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə müqavilə yenilənmişdi.
Milli.Az