Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib.
Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Günün qoroskopu - Yaxınlarınızı sevindirin - Oxumaq üçün tıkla