Vaxtilə Bakının "İnter" (indiki "Keşlə") klubunun baş məşqçisi vəzifəsində çalışmış Ukrayna Futbol Federasiyasının sabiq prezidenti Anatoli Konkov dünya çempionatında Rusiya yığmasına azarkeşlik edir.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ötənlərin tanınmış futbolçusunun həyat yoldaşı Mariya Konkovanın sosial şəbəkədə paylaşdığı videoçarxda bildirilir. Həmin videoda A.Konkov Rusiya millisinin 1/8 finalda İspaniya üzərində penalti seriyasında qələbəsini belə şərh edir: "Mən Rusiya yığmasına azarkeşlik etmişəm, edirəm və edəcəyəm. Mən və bütün dostlarım".
Konkov 2004 - 2006-cı illərdə "İnter"in, 2012-ci il sentyabrın 2-dən 2015-ci il yanvarın 23-dək FFU prezidenti olub.
Qeyd edək ki, DÇ-2018-in 1/4 final matçında Rusiya yığması Xorvatiya ilə qarşılaşacaq. Görüş iyulun 7-də Soçidə keçiriləcək.
Milli.Az