"Qarabağ" klubu Bolqarıstan yığmasının və Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Simeon Slavçevlə müqavilə bağlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytı vasitəsilə açıqlanıb. Lakin müqavilənin detalları hələlik məlum deyil.
Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib.
Milli.Az