Müğənni Nura Suri "Hər şey daxil"də oğlu Davidi uşaq nevropatoloq-psixoloquna göstərmək məcburiyyətində qaldığı hadisədən danışıb.
Milli.Az xəbər verir ki, xanım ifaçı övladının Maykl Ceksonun fanatı olduğundan, mərhum müğənninin tez-tez oğlunun yuxusuna girdiyini bildirib.

Nura Davidi Bakıda və Türkiyədə psixoloqlara göstərdiyini və eyni cavabı eşitdiyini deyib:
"Həkim dedi ki, onun videolarına baxmasa, qorxa bilməz. O nəsə görüb ki, qorxub. İnsan görmədiyi şeydən qorxa bilməz".
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: