Dünən "5/5"-də qonaq olan müğənni Rüfət Axundov aparıcı Zaura maraqlı jest edib.

Milli.Az xəbər verir ki, müğənni brilliant qaşlı saatını çıxardaraq "Nə qəşəngdir" deyən aparıcıya bağışlayıb. Rüfət "Halallıq verirəm, qurbandır" deyərək saatı çıxardaraq Zaura təqdim edib.

Aparıcı müğənninin bu jestini qəbul edib.

Lakin aradan bir neçə dəqiqə keçdikdən sonra, Zaur "Mən onun-bunun saatın taxmaram. Geri qaytarıram. Bu mənə yaraşmadı, özünə yaraşacaq" deyərək saatı Rüfətə qaytarıb.

Qeyd edək ki, Zaur saatın qiymətinin 6 min olduğunu deyib.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Canlı yayımda 6 min manatlıq brilliant qaşlı saatını Zaura bağışladı - VİDEO Müğənni efirdə 6 min manatlıq brilliant qaşlı saatını Zaura bağışladı