“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
Metbuat.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
Qapıçılar:
22. Dmitri Bezotosnı, 30. Aqil Məmmədov
Müdafiəçilər:
34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Vojislav Stankoviç
Yarımmüdafiəçilər:
8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov
Hücumçular:
28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi.
Qeyd edək ki, “Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Təmsilçimiz ilk matçı Qəbələdə keçirəcək.
Türkiyədə dəhşətli qəza: 10 ölü, 73 yaralı / FOTOLAR - Oxumaq üçün tıkla