Türkiyə Antalyada göz müayinəsini etmədiyini iddia etdiyi həkimə “eşşək kimi baxacaqsan” deyən xəstəyə 3 min 300 manat pul cəzası verilib.

Metbuat.az xəbər verir ki, Akdeniz Universiteti Xəstəxanası göz klinikasına 2 il əvvəl göz müyinəsi üçün gələn U. S onunla maraqlanmadığı üçün poliklinikada işləyən həkim İbrahin Etem Ay ilə mübahisə etməyə başlayıb. Həkimin növbə çatdıqda baxacağını dediyi U. S iddiaya görə 5-6 dəfə “eşşək kimi baxacaqsan” deyib. Həkimin şikayətindən U. S haqqında “təhqir” və “yüngül hədələmə” ilə günahlandırılaraq məhkəmə açılıb.

Məhkəmə zamanı U. S iddianı rədd edib. Məhkəmə heyəti tərəfindən U. S 3min 300 manat pul cəzasına məhkum edilib.

https://metbuat.az/news/986739/yerden-baxin-ne-cix...