Afrika ölkəsi Moritaniyada 10 il əvvəl Səhra çölündə yerin yüzlərlə metr altında dəniz qayaları tapılmışdı.

Metbuat.az xəbər verir ki, Afrika Beynəlxalq Universitetində doktorantura təhsili alan türk tələbə Nur Güneli təcrübə üçün qayaların bir hissəsini təbii həll edicinin içinə qoyub. Toz halına gələn qayalarda 1. 1 milyard il əvvəl fosilləşmiş bakteriyalardan qalma rəng pigmentləri tapıb. Beləliklə tarixin ən qədim rənginin çəhrayı olduğu ortaya çıxıb.

Elm adamlarından ibarət komandaın başçısı Jochen Brocks “Original rəngini qorumuş fosilləşmiş dinozanr dərisi tapdığınızı düşünün. Bizimki də buna bənzər bir kəşfdir. Nur Güneli bu kəşfi etdikdə sevinərək ofisimə gəldi. Əvvəlcə ona inanmadım. Bioloji pigmentlərin bu qədər uzun müddət qalması bir möcüzədir” deyə bildirib.

Türk tələbə dünyanın ilk rəngini

https://metbuat.az/news/986938/diqqet-bu-meyvelerd...