Yuventusa transfer olan Kristiano Ronaldo

Real Madriddən İtaliyanın Yuventus komandasına 100 milyon evro qarşılığında transfer olan portuqaliyalı ulduz Kristiano Ronaldo vida məktubu yayımlayıb.

Metbuat.az xəbər verir ki, Real Madridin internet saytında yayımlanan məktubda İspaniya təmsilindəki illərini ən xoşbəxt dövrü olaraq izah edən Ronaldo klub və şəhər üçün böyük minnətdarlıq hisləri bəslədiyini bildirib.

Real Madriddə 9 ilin həyəcan verici və çətin keçdiyini bildirən ulduz oyunçu “ burada bənzərsiz bir futbol həyatı yaşadım. Bunu heç vaxt unutmayacam” deyə ifadə edib.

Bütün komanda işçilərinə təşəkkürünü bildirən Ronaldo məktubunu “ transfer mövzusunu çox düşündüm və yeni bir mərhələyə başladığımı bilirəm. Ayrılsam da bu formanın, gerbin və Santiago Bernabeunun içimdə olduğunu həmişə hiss edəcəm. Hər kəsə təşəkkürlər və 9 il əvvəl ilk dəfə stadionda dediyim kimi: Uğurlar, Madrid” deyə tamamlayıb.

https://metbuat.az/news/987345/muson-felaketi-neti...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR