Dünən Hollivudu fəth edən dünya şöhrətli avropalı dizayner Corc Armaninin 84 yaşı tamam olub.

Publika.az xəbər verir ki, Corc Armanini Hollivudda qırmızı xalça mərasimlərində ulduzların obrazlarını dəyişdirməyə, onları daha təmtəraqlı və zərif göstərməyə qadir olan misilsiz dəb ustası adlandırırlar. Bu, adi tərif deyil, həqiqətdir.

Günəşdə yanmağı sevən italyan ulduz fabrikinə gələnə qədər “Qızıl Qlobus” və “Oskar” mərasimləri ümumi bir fəlakət idi. Aktyorlar qırmızı xalçaya adi cins şalvarda, ipli köynəkdə, hətta şortlarda çıxırdı. Naməlum moda evlərindən geyinən ulduzların libasları isə sadəcə kabus idi. Filadelfiya Universitetinin tarixi kostyumlar kolleksiyanın kuratoru - Kler Sauro dəb tarixçisinin yorucu dövründən danışarkən bildirib ki, 90-cı illərə qədər Hollivudda sənət adamları özləri geyinirdilər, stilist və dizayner köməyindən istifadə etmirdilər.

Amma Corc Armani hər şey dəyişdi. Əsl kinoman Avropa dizaynerləri arasında ilk dizaynerdir ki, Beverli Hillz şəhərində butikini açıb və böyük ekranın birinci şəxsləri ilə yaxınlaşmağa başlayıb.

"Oskar" ərəfəsində, 1990 ildə Armaninin stilist və dəb eksperti Vanda Makdeniel cəlbedici təklifi ilə ulduzların şəxsən zəng edərək "İcazə verin sizi biz geyindirək" , - deyə bildirir. Dəstəyin o başında isə özündənrazı kino ulduzları "Mən özüm geyinə bilərəm! Corco Armani kimdir belə?" deyərək təklifi kobud şəkildə rədd etmişdilər.

Nəticədə Mişel Pfayffer, Cessika Lenq və Culiya Roberts Armanidən geyinməyə razılaşmışdı. Onlar qırmızı xalçada o qədər gözəl görünürdülər ki, jurnalistlər mərasimi dizaynerin şərəfinə “Armani mükafatı” adlandırmışdı.

“Armani” geyimlərindəki qızlar tədbirin digər xanım qonaqları ilə qəribə bir təzad təşkil edirdi. Bu hadisədən sonra Makdanielin telefonları susmaq bilmirdi, səhəri gün sənət dünyanəın tanınmış simaları ona zəng edərək paltar sifariş vermişdi.

Bununla belə Ancak Armani hamı üçün işləmək niyyətində deyildi. Maestro hər zaman seçici olub. Armani donu - bağlı kluba giriş üçün fərqləndirici nişanı və feşn-cəmiyyətə yalnız seçilmiş şəxslər üzv ola bilər.

Dizaynerin 84 yaşı tamam olmaıs münasibətilə onun ulduzlar üçün hazırladığı bir neçə qırmızı xalça obrazlarını xatırladıb.