Digər oyunda isə İspaniya "Barselona"sı "Nou Kamp"da Fransanın PSJ klubunu sınağa çəkəcək. İlk görüşdə cəzalı Zlatan İbrahimoviç və Marko Verratti meydana çıxmasa da, hər iki futbolçu bu gecə komandasına kömək edə biləcək. Kataloniyada keçiriləcək matçın ev sahiblərinin heyətində zədə və cəzalı futbolçu olmadığından, komanda meydana tam heyətlə çıxacaq. Fransada keçirilən qarşılaşmada Paris təmsilçisi 1:3 hesabı ilə məğlub olduğundan, səfər oyununda işini çətinə salmamaq üçün qapısını toxunulmaz saxlamaq şərtilə rəqibi ən azı 2 dəfə məyus etməlidir.
Çempionlar Liqası, 1/4 final oyunları
23:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 1:3
23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa)
Baş hakim: Sveyn Moen (Norveç)
İlk oyun: 3:1
Qeyd edək ki, 1/4 finalın növbəti iki görüşü sabah baş tutacaq.