BƏƏ şəhzadəsi Qətərə qaçdı

BƏƏ şəhzadəsi Qətərə qaçdı
12:33 15 İyul 2018
147 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin şahzadələri arasında yaşanan mübahisələr səbəbindən Şeyx Rəşid bin Həməd əl-Şarki Qətərdən sığınacaq istəyib.

Publika.az xəbər verir ki, BƏƏ şəhzadələri ilə Qətər hökmdarları arasında regional məsələlər üzərində gərginlik mövcud olub. 31 yaşlı şahzadə Şeyx Rəşid bin Həməd əl-Şarki isə Birləşmiş Ərəb Əmirliklərindəki yeddi monarxiyanın ən kiçik və nisbətən kasıb Fujairah əmirinin ikinci oğludur. Şəhzadə öz atası və hökumət əleyhinə yazılar dərc etdirərək qaçıb.

Şəhzadənin gözlənilmədən Qətərin paytaxtı Dohaya getməsi və özünə sığınacaq istəməsi bu ölkə ilə BƏƏ arasındakı gərgin münasibətləri daha da alovlandırıb.

Şəhzadə Qətər rəsmilərinə Abu Dabi hökmdarları ilə BƏƏ-nin hakim dairələrinin neftlə zəngin ərazilər uğrunda gedən mübahisələrindən qorxduğunu, həyatının təhlükədə olduğunu deyib.

Ekspertlərin fikrincə, BƏƏ-nin təxminən 47 illik tarixində ilk dəfə olaraq yeddi kral ailəsinin üzvlərindən birinin bölgədəki vəziyyətlə bağlı hökmdarların əleyhinə tənqidi çıxışlar etməsi təəccüblüdür. Şeyx Rəşid BƏƏ-ni çirkli pullarının yuyulmasında, hökumətinin şantaj edilməsində, Yəməndəki hərbi vəziyyətə müdaxilədə, münaqişələr zamanı ölənlərin sayının gizlədilməsində və başqa məsələlərdə ittiham edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/247419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR