Yaponiyada aramsız yağışlardan zərər çəkənlərə

Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, hökumət aramsız yağışların qərb rayonlarına vurduğu zərərə təbii fəlakət statusu verəcək. Bu, o deməkdir ki, həmin fəlakətin zərər vurduğu bələdiyyələr mərkəzi hökumətdən böyük məbləğdə maliyyə yardımı alacaqlar.

Metbuat.az xəbər verir ki, Baş nazir bu barədə hökumət komissiyasının iyulun 15-də keçirilən 7-ci iclasında məlumat verib.

Ş.Abe deyib ki, hökumət aramsız yağışlardan zərər çəkmiş rayonlarda yolların, kənd təsərrüfatı obyektlərinin bərpası, həmçinin kiçik və orta sahibkarlara sığorta ödənişlərinin verilməsi məqsədilə böyük məbləğdə subsidiya ayırmağı planlaşdırır. Hökumət insanların qısa müddətdə normal həyata qayıtması üçün mümkün olan bütün addımları atacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR