Yüksəkliyi səbəbi ilə “Türkiyənin damı” olaraq adlandırılan Ağrı dağının ətəklərindəki Karasu və Bulaqbaşı suları bu əraziyə həyat verir. Su altında isə bir-birindən gözəl flora və faunanı əhatə edir.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ağrı dağının zirvəsindəki qarların əriməsi ilə əmələ gələn suların olduğu bu bölgə onlarla su altı bitkisi və müxtəlif növlü balıqları ilə təbii akvariumu xatırladır.

İğdır təbiəti qoruma və milli parklar müdiri Mete Türkoğlu Ağrı dağı milli parkının şərqi Anadolu çox əhəmiyyətli dəyərlərdən biri olduğunu deyib.

Türkoğlu Bulaqbaşı və Karasu qamışlığının canlılar üçün çox əhəmiyyətli həyat sahəsi olduğunu bildirib.

Buradakı sular 6 metri keçməyən, dərin olmayan, gəl-getlərin olmadığı bir sudur. Xüsusilə, həvəskar dalğıclar və həvəskar sənədli film produsserləri buraya dəvət olunur.

Ağrı dağının ətəklərində

Ağrı dağının ətəklərində

Ağrı dağının ətəklərində

Ağrı dağının ətəklərində Ağrı dağının ətəklərində

Ağrı dağının ətəklərində

https://metbuat.az/news/989410/taninmis-model-kope...