Türkiyəli müğənni Sərdar Ortaç Bakıya gələcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin səfərinin məqsədi konsert verməkdir. Belə ki, Sərdar avqustun 3-də Bakıda dənizkənarı istirahət mərkəzlərindən birində çıxış edəcək.

Ortaç mahnılarını gecənin qonaqları üçün canlı səsləndirəcək.

Milli.Az