Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı - FOTO

Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı - FOTO
14:28 21 İyul 2018
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.

Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/248074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR