Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.
Metbuat.az-ın məlumatına görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.
Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində xəsarət alanların sayı 280 nəfərə çatıb.
Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub.