Kabil aeroportunda partlayış törədilib -

Kabil aeroportunda terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün bir il əvvəl ölkəni tərk etmiş Əfqanıstan vitse-prezidenti Rəşid Dustum Türkiyədən Əfqanıstana qayıdıb. Partlayış da R. Dustum zirehli maşınla aeroportu tərk etdikdən sonra onun tərəfdarları arasında törədilib.

Hələ partlayışa görə heç bir terrorçu qrup məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR